Tofiq Musayevin döyüşü ləğv edildi
03.04.2020 , 18:24

Tofiq Musayevin iştirak edəcəyi “Rizin 22” döyüş gecəsi ləğv olunub.
Korner.az xəbər verir ki, aprelin 19-u Yaponiyada keçirilməsi nəzərdə tutulan qarşılaşmalar COVID-19 pandemiyası səbəbindən ləğv edilib.
MMA döyüşçüsü “Killer” ləqəbli braziliyalı Luis Qustavoyla qarşılaşmalı idi.
