Tofiq Musayev uduzdu – VİDEO
11.03.2023 , 11:49

Azərbaycanlı MMA döyüşçücü Tofiq Musayev dünyanın ən məşhur turnirlərindən olan “Bellator”da növbəti döyüşünə çıxıb.
Korner.az xəbər verir ki, 34 yaşlı idmançı rusiyalı Aleksandr Şabli ilə qarşılaşıb. Döyüş rəqibin qələbəsiylə başa çatıb. Musayev 3-cü raundda texniki nokaut alıb.
O, qasıq nahiyəsindən aldığı zərbə səbəbindən dueli davam etdirə bilməyib.
