AFFA Intizam Komitəsi Lənkəranda “orta barmaq” göstərdiyinə görə Mahir Şükürova 3 oyun cəza vermişdi, Bakıda eyni hərəkətin fərqli variasiyasını edən Orxan Sadıqlı cəzalanmadı. Komitənin özündən-sözündən bixəbər sədri Tofiq Fətullayev deyib ki, Orxanın hərəkətinin təhqir olduğu sübut edilməyib. Hətta qapıçının etirafı da keçərli deyil. Əsas məsələ AFFA nümayəndəsinin, hakimlərin və hakim inspektorun (?!) yazdığıdı. Oturub baxıblar və qərara gəliblər ki, Sadıqlı o anda ağrıyan barmaqlarını dincəldirmiş. Mahirin barmağı isə göydəymiş, buna görə cəzalandırılıb.
Hörmətli tərbiyəsizlər, ta bildiz də, bundan sonra “orta barmağı” göyə qaldırmaq olmaz. Üzüaşağı tutun, sola tutun, sağa tutun, tutulası o qədər yer var ki… Tutanda da elə tutun, “gözə girməsin”. Başqa harasa girməyinin bunlar üçün fərqi yoxmuş…
