big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“Tofiq Bəhramov”da sirk göstərəcəklər

03.09.2012 , 08:53

Regionda ilk dəfə FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılış mərasimində dünya şöhrətli “Cirque du Soleil” çıxış edəcək. Korner.az– ın AFFA-nın saytına istinadən məlumatına görə, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiyasiyası elan edib. Tədbir Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Tədbir sentyabrın 22-də baş tutacaq.

“Cirque du Soleil” xüsusi olaraq bu hadisə üçün yeddi dəqiqəlik bir çıxış hazırlayıb. Sirk ustalarını buna ilhamlandıran üç amil olub: 4 əsas ünsür (yer, su, hava və od), Azərbaycan mədəniyyətinin vizual simvolları və bayram əhvali-ruhiyyəli oyunları.

“Cirque du Soleil” akrobatları rəqqasların və bu şouda iştirak edən yerli könüllülərin dəstəyi ilə öz çıxışlarında Azərbaycanın qədim ənənələrini uca tutaraq nəyinki onun idman, futbol və həmçinin də mədəni komponentləri nümayiş edəcəklər. Yeddi dəqiqəlik çıxış bu tədbir üçün xüsusi bəstələnmiş və özündə Azərbaycan milli musiqi ənənələrini və məhz “Cirque du Soleil” tamaşalarına xarakterik olan musiqi müşayiəti altında keçəcək.

Bakı – müasir, rəngarəng və ünsiyyətə açıq olan bir şəhərdir. “Cirque du Soleil” bu unikal əsəri yartamaq üçün yerli istedadlar və könüllülər ilə çox sıx əlaqəli iş birliyi aparır. FIFA U-17 qadınlararası dünya çempionatının Azərbaycan 2012-nin açılış mərasimi dünyanın 105 ölkəsinə televiziya vasitəsilə birbaşa yayımlanacaq.

“Cirque du Soleil” mənzil qərargahı Kanadanın Monreal şəhərində yerləşir. Öz tanınmış şouları ilə yanaşı şirkət istedadını başqa fəaliyyət növlərinə də yönəldir. Keyfiyyət standartlarını və unikallığını qoruyub saxlayaraq “Cirque du Soleil” yaratdığı hər bir şou və innovasiyalı layihələrə macəra abu-havası və enerjisi qatır.

Yarandığı 1984-cü ildən “Cirque du Soleil” dünyanın 40 ölkəsinin 300 şəhərində 100 milyon tamaşaçının qəlbinə sevgi və heyranlıq hissi bəxş edib. Hal-hazırda “Cirque du Soleil” komandasında 5000 nəfər insan çalışır. Bunların arasında təxminən 50 ölkədən 1300 artist var. Qeyd etmək lazımdır ki, bu, Azərbaycanda və Cənubi Qafqazda Kanada sirk artistlərinin ilk çıxışı olacaq.

2012-ci ilin sentyabrın 22-dən oktyabrın 13-dək Azərbaycanda və ümumiyyətlə Avrasiyada ilk dəfə keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatı bu yaş kateqoriyaya görə FIFA bayrağı altında təşkil olunan üçüncü turnir olacaq.

Çempionatın məhz Azərbaycanda keçirilməsi haqqında qərar 19 mart 2010-cu ildə qəbul olunmuşdur. Turnirin başlanmasına 305 gün qalmış isə Dünya çempionatın açılışına qədər günləri sayan xüsusi sayğac işə salınmışdır.

Turnirdə 16 komanda iştirak edəcək. Azərbaycan avtomatik olaraq təşkilatçı ölkə kimi qiymətləndirilir. Qalan 15 komanda isə 2010-cu ilin oktyabr ayından başlayan seçmə mərhələ oyunlarında müəyyənləşdirilib.

Son yazılar

To Top