Avropa Liqasının II turunda "Xəzər Lənkəran" ilə Polşa "Lex"inin oyununun cavab qarşılaşmasını idarə edəcək hakim məlumdur.
Korner.az-ın məlumatına görə, iyulun 26-da keçiriləcək qarşılaşmada ədaləti bolqarıstanlı hakimlər qoruyacaq. Matçın baş hakimi Stanislav Todorov olacaq.
Qeyd edək ki, Poznanın “Munisipal” stadionundakı görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq
