Todesko: “Bu qərar bizi tam olaraq çökdürdü”
13.03.2019 , 10:57

“Şalke” klubunun baş məşqçisi Domeniko Todesko Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Mançester Siti” klubuna qarşı aldıqları biabırçı məğlubiyyətdən danışıb.
Çox böyük təəssüf hissi keçirdiyini bildirən çalışdırıcı penalti qərarının verilməsindən gileylənib.
“İlk 30-35 dəqiqə çox yaxşı oynadıq. Daha sonra penalti verildi və hər şey bununla başladı. Biabırçı məğlubiyyətə görə çox pis olmuşuq. Ancaq dünyanın sonu deyil, qarşıdakı oyunlara baxmalıyıq.”
Qeyd edək ki, ötən gecə “Mançester Siti” “Şalke” klubunun qapısından 7 cavabsız top keçirib.
