“Tobol” Emilin rəqibi ilə müqavilə yenilədi
06.01.2020 , 19:22

Azərbaycan millisinin üzvü Emil Balayevin çıxış etdiyi “Tobol” qapıçısı Sultan Busurmanovla müqaviləni yeniləyib.
Korner.az xəbər verir ki, qolkiperin sözləşməsi 2020-ci ilin yayına qədər uzadılıb.
Xatırladaq ki, “Tobol” bir neçə gün əvvəl heyətinə yeni qapıçı – İqor Şatskini də cəlb edib. Emil Balayevin bu ay Qazaxıstan klubunu tərk etməsi gözlənilir.
