DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində millimizi çətinliklə məğlub edən Rusiya yığmasının əfsanəvi futbolçusu Yeqor Titov oyunla bağlı fikirlərini bölüşüb.
Korner.az-ın məlumatına görə, Titov çətinliklə qazanılan 3 xala belə şərh verib:
"Yığmamızın oyunu alınmadı. Komandamızın oyununun alınmamağında rəqib də günahkardır. Ona görə ki, onların məqsədləri 0:0 oynamaq idi. Onlar 8-9 futbolçu ilə müdafiədə oturmuşdular. Belə məqamda hücumçulara çox çətin olur. Mənə elə gəldi ki, Pavlyuçenko və ya Poqrebnyak kimi hücumçu çatışmırdı. Onlardan biri bu gün meydanda olsaydı rəqibi ikinci mərtəbə də sxımaq olarıdı".
