"İlk oyundakı hesabdan sonra çoxları elə düşünürdülər ki, bizə cavab oyununda çox rahat olacaq. Ancaq özünüz də gördünüz ki, oyunun əvvəlində müəyyən problemlər yaşadıq".
Korner.az-ın məlumatına görə, bu sözləri "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində "Tiraspol"a qarşı bu gün keçirilmiş matçdan sonra deyib.
Sxadadze bildirib ki, cavab oyununun taleyini etdiyi əvəzetmələr həll edib: "Tiraspol"u keçə bilməsəydik, Azərbaycanda bir dəqiqə də olsun, qala bilməzdim".
