Timo Verner MLS-ə transfer olunur
13.01.2026 , 11:18
Almaniyanın keçmiş millisinin üzvü, “Leyptsiq”in hücumçusu Timo Verner MLS-də yeni macəraya başlayacaq.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı forvard “San Jose Earthquakes” klubu ilə razılığa gəlib.
Xəbərdə, yaxın günlərdə rəsmi açıqlamanın təqdim olunacağı gözlənildiyi bildirilib.
Verner bu mövsüm “Leyptsiq”in heyətində yalnız 3 matçda iştirak edib. O, karyerası ərzində əvvəllər “Ştutqart”, “Tottenhem” və “Çelsi” kimi klublarda da çıxış edib.