ABŞ yığması əsas qapıçısı Tim Hovardın xidmətindən məhrum olub.
Korner.az-ın məlumatına görə, təcrübəli qapıçı millidə 1 il iştirak etməyəcək. Buna səbəb ailəsi olub. Belə ki, Hovard ailəsi ilə daha çox vaxzt keçirmək istəyir. Bu barədə baş məşqçi Yürqen Klinsmana müraciət edən əlcək sahibi:
“Düşünürəm ki, bu qərar düzgün və vaxtında verilib. Son dövrlər karyeram başqa ölkələrdə olduğundan ailəmə çox vaxt sərf edə bilmirəm. Hələlik, millidə oynamayacam. Amma 2015-ci ilə oktyabr ayında qayıtmaq niyyətindəyəm”, – deyə söz verib.
Xatırladaq ki, Tim ABŞ millisinin forması altında 104 oyuna çıxıb.
