Tielemans “Lester”lə bağlı qərarını verdi
16.05.2023 , 17:23
“Lester”in futbolçusu Youri Tielemans mövsümün sonu klubdan ayrıla bilər.
Korner.az xəbər verir ki, belçikalı futbolçu Premyer Liqa klubu ilə vidalaşmağa qərar verib.
İngiltərə mətbuatında çıxan xəbərlərə görə, 26 yaşlı oyunçunun hansı kluba keçəcəyi hələlik bəlli deyil.
“Lester”də 4 mövsüm ərzində 134 oyun keçirən Tielemans 25 qol vurub, 20 məhsuldar ötürmə edib.