İngilis mediası futbolçuların adlarının tərcüməsini lağa qoyub
Belə ki, “Qarabağ” futbol klubunun planında ingilis futbolçuların adları dilimizə tərcümə edilərək yerləşdirilib. “The Sun” isə bunu gərəksiz və gülünc hesab edir.
Bunla bağlı yazdıqları xəbərin başlığını “”Qarabağ” oyun günü planında “Çelsi”nin futbolçularının adlarını tərcümə etdi və gülməli vəziyyət yarandı” olaraq qeyd ediblər.
Xəbərin müəllifi bildirib ki, bu hadisə sosial şəbəkədə də gülüşlə qarşılanıb. Xüsusilə Heri Kehill və Tibo Kurtuanın adlarının yazılışının gülünc olduğunu bildiriblər.
Qeyd edək ki, ötən gün baş tutan “Qarabağ” – “Çelsi” qarşılaşması “Çelsi”nin 0:4 hesablı qələbəsi ilə başa çatıb.
