Madrid “Atletiko”sunun futbolçusu Antuan Qrizmann karyerasını İngiltərədə davam etdirəcək.
Korner.az-ın məlumatına görə, “Mançester Yunayted”in futbolçu ilə aylardır davam etdirdiyi danışıqlar müsbət nəticələnib.
“The Independent” qəzeti iddia edir ki, sövdələşmənin dəyəri 100 milyon avro təşkil edəcək. 25 yaşlı futbolçunun artıq geyinəcəyi formanın nömrəsinin də razılaşdırıldığı deyilir.
