Baş məşqçi postuna Joze Mourinyonu gətirəcək İngiltərənin “Çelsi” klubu hücum xəttini Türkiyədən alınacaq futbolçuyla gücləndirmək istəyir.
Korner.az-ın məlumatına görə, bu barədə məlumatı “The Guardian” qəzeti yayıb.
Mlumatda bildirilir ki, ingilislərin hədəfindəki futbolçu Burak Yılmazdı. Artıq “zadəganlar”ın “Qalatasaray”a sorğu göndərərək Burakın satılıb-satılmadığını öyrənmək istədiyi iddia olunur. Nəşrin məlumatına görə, Burak hələ Çempionlar Liqasından Mourinyonun diqqət mərkəzində olub. İngilis həmkarlarımızın iddiasına görə, “Çelsi” bu futbolçuya görə 20 milyon fuint-sterlinqindən keçməyə hazırdı. Ancaq onun indiyədək Türkiyədən kənarda olmaması səbəbilə bu rəqəmin çox olduğu deyilir.
Qeyd edək ki, Burak Yılmazın “Qalatasaray”la hələ 4 illik müqaviləsi var.