big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“The Guardian”: “Azərbaycanın “Atletiko”ya sponsorluğu heyranedici uğurun sübutudur”

02.05.2014 , 15:50

“Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədovun himayədarlıq etdiyi Madrid “Atletiko”sunun həm İspaniya La Liqasında, həm də Çempionlar Liqasındakı uğurlu çıxışı diqqət mərkəzindədi.

Korner.az-ın məlumatına görə, İngiltərənin məşhur “Guardian” qəzetində jurnalist Oven Gibsonun “Çelsi” üzərindəki qələbədən sonra Madridin “Atletiko” klubunun Çempionlar Liqasının finalına vəsiqə qazanması ilə bağlı yazısı dərc edilib.

“Azərbaycanın “Atletiko”ya sponsorluğu heyranedici uğurun sübutudur” başlıqlı yazıda hər iki tərəf arasında 2013-cü ilin əvvəlində imzalanmış əməkdaşlıq müqaviləsinin əhəmiyyətindən və bundan sonra Madrid komandasının əldə etdiyi nailiyyətlərdən bəhs olunur.

“Atletiko”nun ÇL-in finalına vəsiqə qazanması “Stemford Bric”də ispan fanatlarla yanaşı, Azərbaycanın paytaxtı Bakıda da futbol azarkeşlərinin də sevincinə səbəb oldu” – deyə yazıda vurğulanır.

Oven Gibson qeyd edir ki, əla oyunları ilə diqqət çəkən “Atletiko”nun bu mövsümü Çempionlar Liqasının və İspaniya çempionatının qalibi kimi tamamlamaq imkanı var: “Atletiko”nun bu uğurları həm də varlı neft ölkəsi olan Azərbaycanın sponsorluğu nəticəsində gerçəkləşib”.

İngilis jurnalistin fikrincə, Azərbaycanın “Atletiko”ya sponsorluq etməsi ölkənin doğru idman siyasətinin və düzgün investisiya yatırmasının göstəricisidir.

“Atletiko”nun oyunlara üzərində “Land of fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) sözləri yazılan formayla çıxması Azərbaycanın beynəlxalq arenadakı inkişafının bir hissəsidir: “Azərbaycan Yay Olimpiya Oyunlarını keçirməyə namizədliyini irəli sürmüşdü. Ölkə “Avroviziya” yarışını qəbul edib, növbəti il isə Bakıda birinci Avropa olimpiya oyunları keçiriləcək”.

Yazı müəllifi bildirir ki, formaların üzərində ölkələrin adlarının yazılması həm də diplomatik silahdır. Diqqəti Qətərin sponsoru olduğu “Barselona” və PSJ-yə yönəldən Oven Gibson bildirir ki, bu sahədə cari mövsüm ən ciddi uğuru Azərbaycan əldə edə bilər.

Yazıda “Atletiko”nun prezidenti Enriko Serezonun fikirlərinə də yer verilib. O deyib ki, bu əməkdaşlıq Azərbaycanla İspaniya arasında münasibətlərin inkişafına fayda verib: “Bu əməkdaşlıq həm də Azərbaycanın dünyaya daha da tanıdılması baxımından əhəmiyyətli oldu”.

Gibson “Atletiko”lu rəsmilərə istinadən bildirir ki, Azərbaycanla imzalanmış müqavilə ənənəvi əməkdaşlıqdan daha üstündür: “Formamızın üzərində Azərbaycanın adının yazılması bizim tərəfimizdən atılmış xeyirxah bir addımdır və bu münasibətlər ənənəvi sponsorluq dəstəyindən daha irəli gedir”.

Sonda yazı müəllifi qeyd edib ki, əgər “Atletiko” Lissabondakı final matçında “Real”a qalib gəlib Çempionlar Liqasının kubokunu qazansa, o zaman bu zəfər təkcə Portuqaliyanın və İspaniyanın paytaxtında deyil, həm də Xəzər dənizininin sahilindəki Bakıda da qeyd ediləcək.

Xatırladaq ki, “Atletiko” “Land of fire Azerbaijan” sözləri yazılan formayla oyunlara 2013-cü ilin martında “Bakı” Futbol Klubu ilə imzalanmış tərəfdaşlıq müqaviləsindən sonra çıxmağa başlayıb. Bu yaxınlarda müqavilənin müddəti 2016-cı ilin yanvar ayına qədər uzadılıb.

Son yazılar

To Top