“The Best” mükafatının sahibi Levandovski oldu
18.01.2022 , 06:49

FIFA 2021-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb.
Korner.az xəbər verir ki, bu Almaniya “Bavariya”sının hücumçusu Robert Levandovskidir. Polşalı forvard ardıcıl ikinci dəfə “The Best” mükafatını qazanıb.
O, səsvermədə Fransa PSJ-sindən Lionel Messi və İngiltərə “Liverpul”undan Məhəmməd Salahı geridə qoyub.
Ötən il 69 qol vuran Levandovski “Bavariya” ilə Almaniya Bundesliqasının və Kubokunun qalibi olub.
