Futbol

“The Best” mükafatının qalibləri məlum olur

17.01.2022 , 16:10

Bu gün FIFA-nın ilin ən yaxşı oyunçusuna təqdim etdiyi “The Best” mükafatının sahibi bəlli olacaq.

Korner.az xəbər verir ki, mükafatlandırılma mərasimi İsveçrənin Sürix şəhərindəkeçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Ən yaxşı futbolçu adına PSJ-dən Lionel Messi, “Bavariya”dan Robert Levandovski və “Liverpul”dan Məhəmməd Salah namizəddi.

2021-ci ilin ən yaxşı baş məşqçisi adına namizədlər İtaliya millisinin çalışdırıcısı Roberto Mançini, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola və “Çelsi”nin baş məşqçisi Tomas Tuxeldi.

Son yazılar

Yuxarı