“The Best” mükafatına namizədlər açıqlandı
25.11.2020 , 17:02

FIFA ilin ən yaxşı oyunçusuna verilən “The Best” mükafatına namizədləri açıqlayıb.
Korner.az xəbər verir ki, namizədlər sırasında Tyaqo Alkantara (“Bavariya” / “Liverpul”), Kriştiano Ronaldo (“Yuventus”), Kevin De Brüyne (“Mançester Siti”), Robert Levandovski (“Bavariya”), Neymar, Kilian Mbappe (hər ikisi PSJ), Lionel Messi (“Barselona”), Serxio Ramos (“Real”), Sadio Mane, Məhəmməd Salah, Vircil van Deyk (hamısı “Liverpul”) yer alıb.
FIFA-nın ilin ən yaxşılarını mükafatlandıracağı mərasim 17 dekabrda onlayn keçiriləcək. “The Best” üçün yığma komandaların baş məşqçiləri, kapitanları, azarkeşlər və qitə futbol qurumunda qeydiyyatdan keçmiş jurnalistlərin iştirak edəcyi səsvermə 25 noyanr – 9 dekabrda gerçəkləşəcək.
