Milli komandamızın sabiq üzvü, Türkiyə PTT 1-ci liqasında çıxış edən “Dənizlispor”un futbolçusu Rail Məlikov yerli federasiya tərəfindən sərt cəzalandırılıb.
Korner.az-ın məlumatına görə, müdafiəçimiz “Adama Dəmirspor”la görüşün 53-cü dəqiqəsində rəqib komandanın vurduğu qola etiraz etmiş və qırmızı vərəqə ilə cəzalandırılmışdı.
Yerli İntizam Komitəsi hakimi təhqir etməkdə günahlandırdığı Məlikovo üç oyunluq cəza verərək, 5 min türk lirəsi məbləğində cəza kəsib.