TFF “Fənərbağça” ilə bağlı qərar verdi
11.04.2024 , 21:28
Türkiyə Futbol Federasiyası (TFF) Superkubokda “Qalatasaray” ilə “Fənərbağça” arasında yarımçıq dayandırılan matçı ilə bağlı qərarları açıqlayıb.
Korner.az xəbər verir ki, TFF oyunun ikinci dəqiqəsində meydanı tərk edən “Fənərbağça”ya 4 milyon lirə (təxminən 211 min manat) pul cəzası və texniki məğlubiyyət verib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
“Fənərbağça” TFF-nin oyuna əcnəbi hakim təyin etməməsi səbəbindən qurumu boykot edib və oyuna çıxan U-19 komandası ikinci dəqiqədə meydançadan çıxıb.