TFF 151 hakimi cəzalandırdı
31.10.2025 , 18:47
Türkiyə Futbol Federasiyası (TFF) 151 hakimi hüquqlarından məhrum edib.
Korner.az xəbər verir ki, qərar federasiyanın İntizam Komitəsi tərəfindən qəbul olunub.
Məlumata əsasən, sözügedən hakimlər futbol oyunlarında mərc fəaliyyəti ilə məşğul olduqları üçün müxtəlif müddətlərə futboldan uzaqlaşdırılıblar.
Eyni zamanda, FİFA referisi Zorbay Küçük barəsində araşdırma prosesi hələ də davam edir.