“Tezliklə görüşərik” – Tomiyasu
19.02.2025 , 15:30

“Arsenal”ın müdafiəçisi Takehiro Tomiyasu dizindən əməliyyat olunub.
Korner.az xəbər verir ki, bu barədə yaponiyalı futbolçu sosial media hesabında paylaşım edib.
O, əməliyyatının uğurlu keçdiyini və tezliklə meydana qayıtmaq istədiyini deyib:
“Ötən gün əməliyyat olundum. Dəstəyinizə görə hamınıza təşəkkür edirəm. Tezliklə görüşərik”.
26 yaşlı oyunçu 2024/25 mövsümündə bir matçda çıxış edib.
