big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Müsahibə

Teymur Rəcəbov: “Səmimi deyəcəm, bu sualla rastlaşmamışam”

26.12.2019 , 17:20

Dünya Kubokunun qalibi Teymur Rəcəbov Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinü müsahibə verib.

Korner.az həmin müsahibəni təqdim edir:

–  İlk olaraq 2019-cu il barədə danışaq. Başa çatmaqda olan sizin üçün necə yadda qalacaq?

–  Nəzərdə tutduğum planlara əsasən 2019-cu ilin normal keçdiyini düşünürəm. Dünya Kubokunda qələbə sayəsində ili karyeram üçün uğurlu hesab etmək olar.

– İlin ən yadda qalan məqamı Dünya Kubokunda qələbəniz oldu. Teymur Rəcəbov üçün bu qələbə nə dərəcədə əhəmiyyətlidir?

– Dünya Kubokunda qələbə istənilən şahmatçının idman bioqrafiyasında çox mühüm yer tutur. Mənə görə də bu nəticə çox vacib və əlamətdar hadisə oldu. Bu qələbənin mənim qədər ümumilikdə Azərbaycan şahmatı üçün də önəmli olduğunu düşünürəm.

– Dünya Kubokunda qələbə Teymur Rəcəbovu böyük şahmata qaytardı. Siz bu fikirlə razısınız?

– Razı deyiləm. Mən böyük şahmatdan ayrılmamışdım. Bu müddət ərzində elit şahmatçılar sırasında olmuşam. Azərbaycan yığmasının heyətində və şəxsi yarışlarda çoxlu sayda qələbə və medallar əldə etmişəm. 2017-2018 mövsümündə də İddiaçılar Turnirinə vəsiqə qazanmağa çox yaxın idim. Palma de Malyorkada keçirilən FİDE Qran-Pri turnirində İddiaçılar Turnirinə vəsiqə qazanmağıma cəmi yarım xal çatmadı.

– Son illər iştirak etdiyiniz turnirlərdə daha çox heç-heçəylə yadda qalırdınız. Bunu necə izah edərdiniz?

– Bu debüt repertuarımın yenidən qurulmasıyla bağlıdır. Qara fiqurlarla riskli mübarizədən daha çox klassik üsluba uyğunlaşmaqla əlaqədardır. Riskli debütlərdə daha çox qələbə qazanmaq mümkündür. Lakin məğlub olmaq riski artır. Klassik debütlərdə qara fiqurlarla bərabərliyi qorumaq asandı, qələbə qazanmaq isə çətin. Bu və ya digər seçimin doğru olub-olmadığı reytinqdə görünür. Reytinq düşürsə deməli dəyişiklik lazımdır. Əksinə reytinq artırsa deməli hər şey qaydasındadır.

– Teymur Rəcəbovun komandasında dəyişiklik var? Hazırda kimlərlə işləyirsiniz?

–  Son illər əsasən Vladimir Çuçelovla işləyirəm. Uşaq yaşlarından çalışdığım fransız qrossmeyster İqor-Aleksandr Natafla əməkdaşlığımız davam edir. Psixoloji cəhətdən isə ailəm və yaxın insanlar çox kömək olur.

– Dünya Kubokunda qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan təbrik məktubu aldınız. Ölkə rəhbərliyinin təbriki sizin üçün nə deməkdir?

– Ölkə rəhbərliyindən təbrik məktubu almaq böyük şərəfdir, çox xoşdur. Bu o deməkdir ki, səni tanıyırlar və karyeranı izləyirlər. Ölkə rəhbərliyinin şahmata münasibəti Azərbaycanda idmanın bu növünə olan marağı daha da artırır, biz şahmatçıları yeni-yeni qələbələr qazanmağa həvəsləndirir.

– Sizin qələbənizin sosial şəbəkələrdə uzun müddət müzakirə edildiyindən xəbəriniz var? Hətta 2019-cu ilin əsas idman uğuru adlandıranlar da oldu…

– Azərbaycan idmançılarının bütün qələbələri arasında ilin əsas idman uğuru kimi? Bilmirəm nə deyim. Dünya Kubokundakı qələbə mənim üçün 2019-cu ilin əsas hadisəsi oldu. Xoş sözlərə görə bütün azarkeşlərimə, idman mütəxəssislərinə təşəkkür edirəm. Amma belə seçimi azarkeşlər, idman jurnalistləri, mütəxəssislər edə bilər. Onların istənilən qərarı mənə qəbuldu.

– Dünya Kubokunda Şəhriyar Məmmədyarova qarşı mübarizə aparmaq hansı hisslərlə yadda qalacaq?

– Düzünü desəm o qədər xoş an deyildi. Uşaq yaşlarından Azərbaycan millisində çiyin-çiyinə mübarizə aparmışıq. Birgə çoxlu sayda qələbələrimiz olub. Bu mənada komanda yoldaşına qarşı mübarizə aparmaq çox çətin idi. Təəssüf ki, püşk bizi Dünya Kubokunda bir-birimizə qarşı rəqibə çevirdi. Bu mübarizədə mən daha uğurlu oldum. Partiyadan sonra Şəhriyar məni təbrik etdi, qucaqladı və növbəti görüşlərdə uğurlar arzuladı.

– Son illər futbol dünyası mübahisə edir: Ronaldo yoxsa Messi güclüdü? Azərbaycan şahmat azarkeşlərini isə başqa sual maraqlandırır: Şəhriyar yoxsa Teymur? Siz bu suala necə cavab verərdiniz?

– Səmimi deyəcəm, bu sualla rastlaşmamışam. Bizim aramızda sağlam rəqabət var. Bu rəqabət Azərbaycan sərhədlərini keçib. Rəqabət fərdi inkişafa kömək edir. Təkcə Azərbaycanda bir-birimizlə deyil, dünyanın ən güclü şahmatçılarıyla birgə yüksək nailiyyətlər uğrunda rəqabət aparırıq. Belə rəqabət normaldı. Kim daha çox maraqlıdır? Bu suala azarkeşlər özləri üçün cavab verə bilər.

– Dünya Kubokundan sonra milli komandalar arasında Avropa çempionatı keçirildi. Qitə birinciliyində iştirak etməməyinizin səbəbini bilmək istərdik.

– Avropa çempionatında iştirak etmədiyimə görə çox təəssüflənirəm. Təxminən bir aya yaxın müddətdə Dünya Kubokunda güclü şahmatçılarla çətin oyunlarda mübarizə aparmışam. Bəzi görüşlərdə tay-brekdə oynamaq lazım gəlib. Elə final görüşündə çinli Dinq Lirenlə 10 partiya oynadıq. Dünya Kubokundan sonra özümdə ciddi yorğunluq hiss etdim. Batumidə təşkil edilən Avropa çempionatının ardınca – bir gündən sonra Hamburqda keçirilən FİDE Qran-Prisində iştirak etməliydim. Bu barədə FİDE ilə imzalanmış müqaviləmiz var. Belə məqamda tam gücümlə oynamaq mümkün deyildi. Bərpa olunmaq lazım idi. Ona görə milli komandada tam gücümlə oynaya bilməyəcəyimi nəzərə alaraq Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasından əvəzolunmağımı xahiş etdim.

–  FİDE-nin təşkil etdiyi Qran-Prinin son mərhələsində də iştirak etmədiniz. Səbəbi deyə bilərsiniz?

–  Tam bərpa oluna bilməmişəm. Həkimlərin məsləhətiylə bərpa kursunu davam etdirirəm. İndi artıq müəyyən  mənada özümə gəlirəm.

–  Uzun illər Teymur Rəcəbov Azərbaycan xalqını qələbələrlə sevindirir. Hamımızın xatırladığı balaca Teymur artıq böyüyüb, indi ailə başçısıdır. Şahmat sizi yormur? Belə deyək şahmatdan ayrılmaq – getmək barədə düşünmüsünüz?

–  Yüksək səviyyədə oynamaq müəyyən mənada çətin olub. Müasir məşq medotları, saatlarla kompyuterlə iş, fiziki dözümlülük, çoxlu sayda turnirlər, tez-tez səfərə çıxmaq asan deyil. Bunun üçün psixoloji və fiziki güc, mənəvi cəhətdən dözümlülük tələb olunur. İndiyə qədər bacarıram. Getmək? Bu elə də çətin deyil, istənilən zaman bu barədə qərar qəbul etmək olar.

–  İddiaçılar Turnirinə hazırlıq planı barədə məlumat verə bilərsinizmi?

–  İddiaçılar Turnirində dünyanın ən güclü şahmatçıları mübarizə aparır. Burada aparıcı şahmatçıların hazırlığıyla məşğul olan güclü məşqçi kollektivlərinə qarşı çıxış edəcəyik. Ona görə ciddi hazırlıq tələb olunur. Bunun üçün müəyyən maliyyə lazım olacaq. Uzun müddətli təlim-məşq toplanışı, güclü məşqçilərlə gündəlik iş, mütəxəssislərlə psixoloji, fiziki hazırlıq və digər məsələlər həll olunmalıdıe. Müəyyən hazırlıq planlaşdırılıb. Onu reallaşdırmaq barədə düşünürük. Əvvəlki İddiaçılar Turnirində iştirak təcrübəmdən irəli gələrək mötəbər yarışa lazımi qaydada hazırlıqda problem yaranacağından ehtiyatlanıram. Çünki, dünya elitasına daxil olan rəqiblərimin imkanlarıyla müqayisədə mənim vəsaitim müəyyən mənada məhduddur. İstənilən halda maksimum potensialımı nümayiş etdirərək dünyanın ən yaxşı şahmatçısı adı uğrunda Azərbaycanı layiqincə təmsil etməyə çalışacam.

– Sizin fikrinizcə 2019-cu ildə Azərbaycanda ən yaxşı idmançı kimdir?

– Cari ildə ayr-ayrı növlər üzrə bir sıra idmançılar və onların məşqçiləri uğur qazanıb. Kimisə xüsusilə fərqləndirməklə digərlərinin xətrinə dəymək istəməzdim.

–  2020-ci ilə hansı arzularla yollanırsınız?

– Allahdan Azərbaycanda sabitliyin qorunmasını və ölkəmizin inkişafının davamlı olmasını arzulayıram. Yeni ildə hər bir azərbaycanlının mehriban və işıqlı arzularının həyata keçməsini diləyirəm.

Son yazılar

To Top