Futbol

Teymur Rəcəbovun növbəti sınağı

30.06.2022 , 11:11

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.

Korner.az xəbər verir ki, 35 yaşlı qrossmeyster XI turda ağ fiqurlarla polşalı Yan-Kşiştof Duda ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Şahmatçılar arasında IV turda baş tutmuş ilk matçda heç-heçə qeydə alınıb.

Aktivində 1 qələbəsi olan Rəcəbov 10 turdan sonra 4,5 xalla 5-ci sıradadır. Turnir cədvəlinə 7 xalı olan Nepomnyaşi başçılıq edir.

İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.

Son yazılar

Yuxarı