Teymur Rəcəbov: “Görünür, “İnstagram” vasitəsilə nüfuzum daha da artır”
20.03.2020 , 19:53

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov koronavirus pandemiyasına görə özünü təcrid edib.
Korner.az xəbər verir kİ, 33 yaşlı qrossmeyster sosial şəbəkə hesabında bu barədə ətraflı məlumat verib:
“Təcridetmə ilə bağlı paylaşımım həddindən artıq ciddi qəbul olunub. Elə başa düşülüb ki, sanki mən karantindəyəm. Sadəcə, özümü təcrid etmişəm. Ağrılarım yoxdur, karantində deyiləm. Yalnız öz şahmat bacarıqlarımın üzərində işləyirəm. Görünür, “İnstagram” vasitəsilə nüfuzum daha da artır”.
