Teymur Rəcəbov finalda
01.01.2021 , 21:19

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov “Airthings Masters” turnirinin finalına vəsiqə qazanıb.
Korner.az xəbər verir ki, o, yarımfinalda rusiyalı Daniil Dubovdan üstün olaraq buna nail olub. Ötən gün rəqibinə 3:1 hesabı ilə qalib gələn Rəcəbov bu gün də 2:0 hesablı qələbə ilə həlledici görüşə vəsiqə qazanıb.
Teymurun finaldakı rəqibi Maksim Vaşye-Laqraf – Levon Aronyan duelinin qalibi olacaq. Aronyan ötən gün qələbə qazanıb və bu gün heç-heçə ona kifayət edəcək.
