Futbol

Teymur Rəcəbov: “Düzünü desəm, qələbəyə görə özümü yaxşı hiss etmirəm”

11.02.2021 , 10:39

Çempionlar Turunun “Opera Euro Rapid” adlanan üçüncü mərhələsinin 1/4 finalında niderlandlı Aniş Girini mübarizədən kənarlaşdıran Teymur Rəcəbov açıqlama verib.

Korner.az xəbər verir ki, turnirin mətbuat xidmətinə danışan Azərbaycan şahmatçısı qələbə ilə fikirlərini bildirib:

“Düzünü desəm, qələbəyə görə özümü yaxşı hiss etmirəm. Aniş Giri ilə yaxşı münasibətim var və biz dostuq. Qələbə qazanmaq xoşdur, ancaq digər oyunçulara qarşı qazandığım qələbədən sonra keçirdiyim hisslərlə eyni deyil”.

Teymur Rəcəbov yarımfinalda ABŞ təmsilçisi Uesli So ilə qarşılaşacaq. Bu raundun digər görüşü norveçli Maqnus Karlsenlə fransalı Maksim Vaşye-Laqrav arasında baş tutacaq.

Yarımfinal qarşılaşmaları fevralın 11-12-də keçiriləcək.

Son yazılar

Yuxarı