İspaniyada şahmat üzrə klublararası ölkə çempionatı keçirilib.
Korner.az-ın məlumatına görə, 8 komandanın iştirak etdiyi yarışın qalibi azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun heyətində yer aldığı “Sestao Fundasion” olub.
Həmyerlimizin klubu 7 tura 13 xal toplayıb. Rəcəbov komandasına çıxış etdiyi I lövhədə 2 xal qazandırıb.
