Futbol

Teymur Rəcəbov ABŞ şahmatçısı ilə qarşılaşacaq

25.06.2022 , 12:35

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.

Korner.az xəbər verir ki, 35 yaşlı qrossmeyster VII turda ABŞ təmsilçisi Fabiano Karuana ilə üz-üzə gələcək. Rəcəbov turnir cədvəlinin ikincisinə qarşı qara fiqurlarla oynayacaq.

Teymur I, III, lV, V, VI turlarda, müvafiq olaraq, Fransa təmsilçisi Alireza Firuzca, FIDE bayrağı altında yarışan Yan Nepomnyaşi, polşalı Yan-Kşiştof Duda, çinli Dinq Liren və macar Rixard Rapport ilə “sülh”ə razılaşıb, II turda isə ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzub. Təcrübəli şahmatçı hazırda 2,5 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Lider 4,5 xala sahib Yan Nepomnyaşidir.

İddiaçılar Turniri
VII tur

Fabiano Karuana (ABŞ) – Teymur Rəcəbov (Azərbaycan)
Rixard Rapport (Macarıstan) – Yan Nepomnyaşi (FIDE)
Dinq Liren (Çin) – Alireza Firuzca (Fransa)
Yan-Kşiştof Duda (Polşa) – Hikaru Nakamura (ABŞ)

Xal durumu: Nepomnyaşi – 4,5, Karuana – 4, Nakamura, Rapport -3, Liren, Rəcəbov, Duda – 2,5, Firuzca – 2.

Son yazılar

Yuxarı