"Mançester Siti"nin hücumçusu Karlos Tevez ötən mövsüm "şəhərlilər"in baş məşqçisi Roberto Mançini ilə yaşadığı problemdən danışıb. Korner.az-ın məlumatına görə, argentinalı futbolçu baş məşqçi ilə aralarındakı problemin onun xeyrinə olduğunu bildirib:
"Yaxşı ki, Mançini ilə dalaşdım. Futboldan yenidən zövq alıram. Uğur üçün "ac" olmaq məni daha da həvəsləndirir. Çoxdandır mövsümöncəsi keçirmədiyim təlim-məşq toplantısını gördüm. Çox yaxşı hazırlaşdım. Meydana çıxanda özümə daha çox güvənir və daha hirsli oynayıram".
