Belçika çempionatı çərçivəsində bu gün keçirilməli olan “Lokeren” – “Anderlext” qarşılaşması təxirə salınıb.
Korner.az-ın məlumatına görə, buna səbəb Fransada baş vermiş terror hadisəsindən sonra təhlükəsizlik tədbirlərinin gücləndirilməsidir.
Belçikada terrorla mübarizə aparan qurum ölkənin futbol federasiyasına 16-cı turun bütün qarşılaşmalarını təxirə salınmağı tövsiyə edib. Ancaq federasiya yalnız bu gün keçirilməli olan “Lokeren” – “Anderlext” görüşünü qeyri-müəyyən vaxta təxirə salınıb.