İngiltərənin “Everton” klubunda forma geyən belçikalı hücumçu Romelu Lukaku son zamanlarda Avropada geniş vüsət almış terror hadisələrindən sonra Brüsseldəki evlərindən köçmək niyyətində olduğunu bildirib.
Korner.az-ın məlumatına görə, forvard yaxınlarının güvəndə yaşamasına əmin olmaq istədiyini bildirib.
”Molenbik gözəl şəhərdi .Altı ildir orada yaşayırıq və indiyə qədər heç bir pis hadisə baş verməyib. Lakin, polislərin ciddi iş rejiminə keçməsi oradakı vəziyyəti ağırlaşdırır. Yaxın zamanda oradan köçməyi düşünürük” – deyə 22 yaşlı futbolçu qeyd edib.
Karyerasında “Anderlext”, “Çelsi”, “Vest Bromviç” kimi klubların şərəfini qoruyan Lukaku artıq iki mövsüm “Everton”un uğurları üçün tər tökür. Keçmiş "zadəgan" bu mövsüm 16 oyuna 11 qol vurmağı bacarmışdır