Dünya Çempionatı

Terror aktı DÇ-ni də “vurdu”

17.03.2015 , 08:21

DÇ-2018-in Asiya zonası üzrə  seçmə mərhələsinin Pakistan-Yəmən cavab matçı təxirə salınıb.

Korner.az-ın qol.az-a istinadən məlumatına görə, buna qarşılaşmanın keçiriləcəyi Pakistanın Lahor şəhərindəki terror aktı səbəb olub. 

Xristianların yaşadığı ərazidə martın 15-i iki bombanın partlaması nəticəsində azı 10 nəfər öldüyü, 50 nəfərin yaralandığı bildirilir.

Təhlükəsizlik tədbiri kimi oyun neytral meydanda keçiriləcək. Matçın vaxtı hələ müəyyənləşməyib.

Qeyd edək ki, sözügedən millilər arasında ilk oyunda Yəmən 3:1 hesabı ilə qalib gəlib.

Son yazılar

Yuxarı