Terimin komandası uduzdu
25.01.2024 , 11:22
Yunanıstanın “Panatinaikos” klubu Fatih Terimin dönəmində ilk dəfə məğlub olub.
Korner.az-ın məlumatına görə, komanda ölkə kubokunda 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində evdə “Atromitos”a məğlub olub – 1:2. Bu Terimin Yunanıstanda ilk məğlubiyyəti olub.
Bu komandalar arasında cavab görüşü yanvarın 31-i keçiriləcək.