“Qalatasaray”da Terimin göndərilməsinin pərdə arxası məqamları üzə çıxıb.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Real” məğlubiyyətindən sonra Ünal Aysalın zənglərinə və mesajlarına Terim cavab verməyib və onu heçə sayıb.
Aysalın Terimə milli ilə 4 oyunluq müqavilə imzala deməsinə baxmayaraq təcrübəli mütəxəssis TFF ilə 9 aylıq müqavilə bağlayıb. Və klubun idman direktoru Bülənt Tulunla Terimin münasibətlərinin gərgin olması sonda “İmperator”un göndərilməsinə gətirib çıxarıb.