Transfer siyahısını hazırlayan “Qalatasaray” “Hamburq”un türk futbolçusu Hakan Çalhanoğlu üçün də danışıqlara start verib.
Korner.az-ın məlumatına görə, “Cim Bom” ötən yayda alman klubuna 5 milyon avro təklif etsə də, transfer baş tutmamışdı.
“Sarı qırmızılı” klubun sabiq baş məşqçisi Hakanı israrla komandasında görmək istəyirdi , lakin keçid baş tutmamışdı.
İndi isə Mançini də gənc futbolçunun xidmətində maraqlıdır.