Türkiyə Futbol Federasiyası bu həftəsonu Superliqa oyunlarını izləyəcək milli komanda rəsmilərinin adlarını açıqlayıb.
Korner.az-ın məlumatına görə, bununla da, bir neçə gündü Türkiyədə gündəmdə olan “Fatih Terim “Qalatasaray” – “Çaykur Rizəspor” oyununu izləmək üçün “TT Arena”ya gedəcəkmi?” sualına aydınlıq gəlib.
Siyahıda bu gün baş tutacaq matçı U-20-nin koordinatoru Tuqay Kərimoğlunun izləyəcəyi göstərilib. Bu isə o deməkdi ki, Terim yalnız öz istəyi ilə oyunu “TT Arena”da izləyə bilər.