Türkiyə millisinin baş məşqçisi Fatih Terimin gələcək karyerası ilə bağlı qərarını açıqlayıb.
Korner.az-ın məlumatına görə, bu barədə “Hüriyyet” qəzeti xəbər yayıb.
62 yaşlı mütəxəssis yığmadakı işinə davam edəcək.
Milli komandanın futbolçuları ilə görüşən Terim bunları deyib: “Şansımız olsaydı, “Avro-2016″da yolumuza davam edəcəkdik. İndi istirahət edərək yeni mövsümə yaxşı başlayın. Yaxşı hazırlaşın ki, “DÇ-2018″in seçmə mərhələsinə də uğurlu start verək”.
Türkiyə mətbuatı bu çıxışa istinad edərək, Terimin vəzifəsində qalacağını yazıb.
