“Zirvə” Beynəlxalq İdman Klubunun 2015-ci ildəki ağır atletika üzrə ilk mərhələ yarışlarına start verdiyi haqda xəbər vermişdik.
Korner.az-ın məlumatına görə, Azərbaycanda başlayan turnir ölkə xaricində Polşada davam edib.
“Terespol-Zirvə” klubunun təşkil etdiyi mərhələ yarışında fevralın 21-də Terespol şəhərində keçirilib. Turnirə “Brjeç”, “Orleta Lukov” və “Start Otvok” klubunun üzvləri də qatılıblar. Ümumilikdə, körpücük üzərinə 35 idmançı çıxıb. Turnirdə ən çox medalı isə “Terespol-Zirvə” atletləri qazanıblar.
Yarış bütün beynəlxalq qaydalara uyğun olaraq, yüksək ixtisaslı hakimlər tərəfindən keçirilib. Turnir Sinkleyr cədvəli üzrə qadınlarda U-15 və U-20, kişilərdə isə U-12, U-15, U-17 və U-20 yaş qruplarında keçirilib. Qalib adlarını müvafiq olaraq qadınlarda Anna Xomyuk, Aqneşka Xomyuk, kişilərdə Lazuqa Konrad, Andrey Raşipkin, Qjeqoj Koval, Mateuş Sikora qazanıblar. Medalçılar fəxri diplom, kubok və medallarla mükafatlandırıblar.
