Noyabrın 8-də Polşanın Terespol şəhərində “Zirve İnternational Sport Clubs”-ın daha bir seçmə yarışı keçirilib.
Korner.az-ın məlumatına görə, bu, “Terespol-Zirvə” İdman Klubunun ilk daxili çempionatı idi.
Daxili olmasına baxmayaraq, turnir açıq xarakter daşıyırdı. Klubun öz idmançıları ilə yanaşı, “GOK Koroszczyn”, “WLKS Siedlce”, “LKS Orleta Lukow” və “AZS-AWF Biala Podlaska” klubunun nümayəndələri də medallar uğrunda mübarizəyə qoşulublar. Ümumilikdə, 82 ağır atletin qatıldığı çempionatın ən gənc iştirakçısının (Çarek Yasçik) 8 yaşı vardı.
Medal sıralamasında “Terespol-Zirvə” İK 2 qızıl və 3 bürünc medalla ikinci yeri tutdu. Birinci yerə 3 qızıl, 3 gümüş və 1 bürünc medalla “LKS Orleta Lukow” layiq görülüb.
Yüksək təşkilatçılıq səviyyəsində baş tutan “Terespol-Zirvə”nin bu çempionatı dekabrda Azərbaycanda keçiriləcək klubumuzun Dünya Çempionatına seçmə xarakter daşıyırdı. Bu səbəbdən yarışdakı yalnız bu klubun üzvlərinin nəticələri nəzərə alınacaqdır.
Yarışın nəticələri ilə BURADAN tanış ola bilərsiniz.