Ter Ştegen zədələndi
16.05.2019 , 20:44

“Barselona” klubunun almaniyalı qapıçısı zədələnib.
Klubun rəsmi saytına istinadən verilən xəbərə görə, 27 yaşlı qapıçı zədələndiyi üçün məşqləri buraxmalı olub. Onun yaşıl meydanlara nə zaman qayıdacağı bəlli deyil.
Qeyd edək ki, Ter Stegen bu mövsüm bütün turnirlər daxil olmaqla, “Barselona” klubunun heyətində 49 görüşə çıxıb.
