Ter Ştegen “Barselona”dan ayrılmağa hazırlaşır
28.11.2025 , 10:54
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen qış transfer pəncərəsində komandadan ayrılma ehtimalı ilə üzləşib.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı alman qolkiper mövcud vəziyyəti dərk edir və karyerasını davam etdirmək üçün yeni mühitin vacib olduğunu düşünür.
Baş məşqçi Hans-Diter Flik Ter Ştegeni yenidən əsas heyətə daxil etməyi planlaşdırmır. Bu isə qapıçının yaxın gələcəkdə keçiriləcək dünya çempionatını buraxma riskini artırır. Almaniyalı qolkiper millinin heyətində iştirak etmək üçün qışda klub dəyişdirməli olacaq.
Türkiyənin bir neçə klubu Ter Ştegenə maraq göstərir, lakin “Barselona”ya hələlik rəsmi təklif daxil olmayıb.