İspaniya La Liqasında mübarizə aparan “Barselona”nın qapıçısı Ter Ştegen komanda yoldaşı Arda Turan ilə bağlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, alman qolkiper:
“Arda Turanla mərcə girmişəm. Əgər Çempionlar Liqasını biz qazansaq, mən saçımı təmiz qırxacam, Arda da saqqalarını qırxacaq. Gələn mövsümün başlanğıcında bunu etmək istəyirik”.
Arda Turanın “Barselona”dan gedib-getməyəcəyi haqda danışan “çərçivə qoruyucusu”: “Arda Turan burda qalacaq”.