“Qəbələ”nin yarımmüdafiəçisi Teo Uiks Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubuna 5:1 hesabı ilə qalib gəldikləri oyundan (5:1) sonra jurnalistlərə açıqlama verib.
Korner.az-ın məlumatına görə, oyunda het-trik edən futbolçu bunları söyləyib:
“Düşünürdük ki, oyun çox çətin keçəcək. Amma biz böyükhesablı qələbə qazandıq. İlk rəsmi oyunumda het-trik etdiyim üçün çox xoşbəxtəm. İnanmırdım ki, belə uğurlu start verəcəm. Karyeramda het-trik etməmişdim və bunu “Qəbələ”də bacardım. Rəqibimiz zəif deyildi. Sadəcə onların oyunu alınmadı. Bu gün meydanda istədiyimizə nail olduq. Heyətimzidə yaxşı futbolçular var və qələbəni haqq edirdik. Komanda yoladaşlarımı və azakeşlərimizi qələbə münasibəti ilə təbrik edirəm”.
