Çinin Sujou şəhərində stolüstü tennis üzrə dünya çempionatı təşkil olunacaq.
Korner.az xəbər verir ki, aprelin 26-dan mayın 3-dək davam edəcək yarışda ölkəmizi 5 idmançı – Fərhad İsmayılov, Ramil Cəfərov, Xəyal Həşimli, Rüfət Quliyeva, Məryəm İmanova ilə təmsil edəcək. İdmançılarımız məşqçi Aleksandr Zudovun rəhbərliyi ilə altında qüvvələrini sınayacaqlar. Çempionatda 124 ölkədən 600-dən artıq idmançı mübarizə aparacaq.
