İyul ayının 3-də Avroliqanın l təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Triaspol"-"İnter" matçı yerli kanallarda yayımlanmayacaq.
Bu barədə məlumatı Korner.az saytına açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov bildirib.
O bildirib ki, oyunun yayımlanması barədə yerli telekanallardan heç biri onlarla maraqlanmayıb:
"Yerli telekanallardan heç biri oyunu yayımlamaq üçün maraq göstərməyib.Ola bilsin ki Moldova telekanalları vasitəsilə yayımlanacaq.Ancaq yerli kanallardan heç biri bizə müraciət etməyib".
Xatırladaq ki, "Triaspol"-"İnter" matçı iyul ayının 3-də səfərdə baş tutacaq.Cavab oyunu isə 1 həftə sonra Bakıda keçiriləcək.
