Bu il futbol üzrə İran birinciliyində gümüş medal qazanmış Təbrizin “Traktor Sazi” klubunun oyunçularını Tehran ələ keçirməyə çalışır.
Lent.az-ın Güney Azərbaycanyönlü informasiya vasitələrinə istinadən məlumatına görə, Tehranın “Perspolis” komandasının rəhbərliyi “Traktor Sazi” oyunçularına bir milyard tüməndən (bir manat təxminən 4300 tüməndir) yuxarı pul təklif edib.
Yerli müşahidəçilərin fikrincə, bununla da həmin oyunçuları “Traktor Sazi”dən almaqla Təbriz klubunun zəiflətməyə çalışırlar.
Onların rəyincə, Tehran klubu cari il il keçən il olduğu kimi Azərbaycan komandasına qarşı fitnəkarlıq etməkdədir. Həmin klub tərəfindən “Traktor Sazi”nin oyunçularının çoxuna əlavə pul təklif edilib.
Təkliflərin əksinə, “Traktor Sazi” klubunun kapitan və müdafiəçisi Mürtəza Əsədi 4-cü il olaraq öz komandası ilə müqavilə bağlayıb. O, klubun yeni rəhbəri Zeynizadə ilə müzakirə aparıb və daha bir il müddətinə komandad da qalacağını qərarlaşdırıb.
Mənbə bildirib ki, ümumiyyətlə, “Traktor Sazi”də da ciddi dəyişikliklər edilməkdədir. Yeni oyunçular gətirilir, əvvəlki oyunçuların bəziləri isə klubdan ayrılır.