Almaniya Bundesliqasında mübarizə aparan “Bayer” (Leverkuzen) baş məşqçi Tayfun Korkutla yolları ayırır.
Korner.az-ın məlumatına görə, bu haqda klubun idarə heyətinin sədri açıqlama verib.
Roqer Şmidtin yerinə gələn türk çalışdırıcı ilə “Bayer” Bundesliqada 10 oyuna 1 qələbə qazanıb və 4 dəfə məğlub olub.
Qeyd edək ki, 38 xalı olan “Bayer” Bundesliqada sona bir tur qalmış turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
