İspaniya millisinin və Türkiyənin “Fənərbağça” klubunun sabiq futbolçusu Daniel Quizanın yeni iş yeri məlumdu.
Korner.az-ın məlumatına görə, 32 yaşlı hücumçu yaxın günlərdə Malayziya “Conor”u ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, “Conor” ötən mövsüm Malayziya çempionatında 14 komanda arasında 9-cu yeri tutub. Forvardın sonuncu klubu “Xetafe” olub. Quiza “Fənərbağça”da 2008 – 2011-ci illərdə çıxış edib.
